

Future Recruitment Centerdə, 03 noyabr 2018-ci il tarixində “Mütəxəssislərlə Görüş” layihəsi çərçivəsində növbəti görüş keçirmişdir. Future Recruitment Centerin növbəti mütəxəssis qonağı “Kapitalbank”ASC-nin, Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi, eyni zamanda “Orient” İnformasiya Texnologiya Mərkəzinin təsisçisi, İnformasiya Texnologiyaları üzrə baş ekspert Fuad Paşabəyli olmuşdur. Fuad bəy, İnformasiya Texnologiyaları sahəsinin xarakteristikası, bu sahə üzrə mütəxəssislərin ixtisaslaşması və İnformasiya Texnologiyası sahəsi üzrə işçilərin işə qəbulu zamanı diqqət yetirilməli olan nüanslar barəsində ətraflı məlumat vermişdir.
Məlumat üçün bildirək ki, “Mütəxəssislərlə Görüş” layihəsi recruitment sahəsi ilə məşğul olan şirkətlər arasında ilk dəfə reallaşdırılmaqla, insan resurslarının idarəedilməsinin işə qəbul prosesinin daha səmərəli şəkildə təşkil edilməsidir. Görüşün mahiyyətinin önəmini vurğulayan Emil Zakirli, mütəxəssisə dəyərli məlumatlar üçün təşəkkürünü bildirmişdir. Layihə, Future Recruitment Centerin həm partnyorlar, həm də namizədlərə daha keyfiyyətli xidmətin göstərilməsi üçün tədbirlər toplusunun tərkib hissəsi olaraq həyata keçirilməkdədir.
Şərhlər