

27 Oktyabr 2018-ci il tarixində “Future Recruitment Center”, “Mütəxəssislərlə Görüş” layihəsinə start vermişdir. İnsan resurslarının idarəedilməsinin işə qəbul prosesi mütəxəssisləri, maliyyə, təchizat, marketinq, satış və digər sahələrə, uyğun namizədlərin seçilməsinin birinci mərhələsini həyata keçirirlər. Bu zaman müxtəlif vəzifə və peşə sahiblərinin, bilik və bacarıqlarının qiymətləndirilməsi üçün, rekruiterin bu istiqamətlər üzrə səriştəsi çox önəmlidir. Layihənin məqsədi həm mərkəzin partnyorluq etdiyi şirkətlərə daha layiqli namizəd yönləndirərək onların vaxtına qənaət etməklə daha keyfiyyətli namizədin yönləndirilməsi, həm də mərkəzə müraciət edən namizədlərin bilik və bacarıqlarının daha düzgün qiymətləndirərək öz yerlərini tutması üçün, müxtəlif peşə sahələrinin mütəxəssislərinin, Future Recruitment Centerin müsahibə, testləşdirmə və avtomatlaşdırma prosesinin daha effektiv şəkildə həyata keçirilməsinin təşkil edilməsidir.
Layihə çərçivəsində ilk mütəxəssis qonağımız Gilan Industrial Grupun, Baş Təchizat Analitiki Kənan Hüseynov olmuşdur. Tədbirin önəmindən bəhs edən “Future Centers Group” MMC-nin Baş direktoru Emil Zakirli layihə çərçivəsində müxtəlif sahənin mütəxəssisləri ilə davamlı görüşlərin təşkil edilməsi vasitəsilə, Future Recruitment Centerin işinin hər iki tərəfədə profesional yanaşmanın təmin edilməsi yolu ilə hədəflərinə nail olunacağını vurğulamışdır. Kənan Hüseynov öz növbəsində təchizat zənciri, təchizat üzrə mütəxəssislərin iş fəaliyyəti, təchizatçı şəxslərin seçimi zamanı diqqət yetirilməli olan məqamlar haqqında geniş məlumat vermişdir.
Şərhlər