“Future Centers Group”MMC ilə “Gənc Mühasiblər” İctimai Birliyi arasında Əməkdaşlıq Memarandumu imzalanması mərasimi keçirilmişdir.

Sentyabr 17, 2018
“Future Centers Group”MMC ilə “Gənc Mühasiblər” İctimai Birliyi arasında Əməkdaşlıq Memarandumu imzalanması mərasimi keçirilmişdir.

14 sentyabr 2018-ci il tarixində, Bakı şəhərində, “Future Centers Group” MMC və “Gənc Mühasiblər” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memarandum imzalanıb. Memarandumu Birlik sədri Solmaz Əliyeva və Cəmiyyətin Baş direktoru Emil Zakirli imzalayıblar.

Tədbirdə Emil Zakirli, Future Centers Groupa daxil olan Future Tax & Audit Center, Future Education & Training Center, Future Recruitment Center və Future Art Center mərkəzlərinin fəaliyyət istiqamətləri və görülən işləri diqqətə çatdırıb.

Baş direktor ölkəmizdə maliyyə sahəsində həyata keçirilən müsbət fəaliyyətdə, özəl sektor və QHT-lərində yaxından iştirak etdiyini vurğulayıb. Bugünki tədbirində “Gənc Mühasiblər” İctimai Birliyi ilə birgə gələcək fəaliyyətin kordinasiyalı şəkildə həyata keçirilməsində xüsusi önəmini qeyd edib.

İctimai Birlik sədri Solmaz Əliyeva öz növbəsində rəhbərlik etdiyi təşkilatın uzun müddətdir bu sektorda uğurlu fəaliyyətindən söz açmışdır. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısının xüsusi önəmini diqqətə çatdırdı. Qarşılıqlı əməkdaşlıq sayəsində cəmiyyətimiz üçün, fayda gətirəcək işlərin reallaşdırılması istiqamətində mühüm bir görüşə ev sahibliyindən məmnunluq hiss etdiklərini söylədi.
Memarandumda, Future Centers Groupa daxil olan mərkəzlərin fəaliyyəti ilə “Gənc Mühasiblər” İctimai Birliyi arasında gələcək fəaliyyətdə, qarşılıqlı əməkdaşlığın prinsipləri öz əksini tapmışdır.

Şərhlər