Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilmişdir

May 5, 2018
Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilmişdir

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, , Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilmişdir.

 5 may 2018-ci il tarixində Park Inn otelində,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, , Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilmişdir. Yarmarkada 60-a yaxın şirkətlə yanaşı, Future Recruitment Centerdə korporativ sosial məsuliyyət konsepsiyası çərçivəsində təmsil olunmuşdur. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq belə bir əmək yarmarkası təşkil edildiyini qeyd etmişdir.

Yarmarkanın keçirilməsində əsas məqsəd sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsi, sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığını təmin etmək və inklüziv mühitin yaradılmasıdır.

Şərhlər